Osteoxondroz

Bel osteoxondrozu (“duzlaşma”)

Həyatında nə zamansa beli ağrımayan demək olar ki, yoxdur. Tibbi araşdırmalar müəyyənləşdirmişdir ki, insanların 60-90%-i bel ağrısından əziyyət çəkir. 80 % əhalisi sığortalanan ABŞ-da 1990-cı ildə bel ağrıları ilə xəstələnənlərə 23 milyard $ xərclənmişdir və bu xərc ildən ilə artır. İsveçdə əhalinin sığortadan yararlanaması 100 % olduğundan orada bu xərcin nisbəti daha yüksəkdir. Göründüyü kimi bel ağrıları sosial və tibbi problem kimi hər yerdə və həmişə aktualdır. Bizim də təcrübəmizdə bel agriları ən cox rast gəlinən sikayətlərdəndir. Bel ağrısı toxumaların iltihabı və travmatik zədələnmələrində, daxili orqanların (böyrək, uşaqlıq) xəstəliklərində, s pondiloistez (fəqərənin sürüşməsi), osteoparoz (“sümük əriməsi”, sümüyün incəlməsi) zamanı, hətta psixogen ola bilər. Ancaq, daha geniş yayılan və son zamanlar daha tez tez rastlanan səbəb bel osteoxondrozudur (xalq arasında «duzlaşma» deyilir). Osteoxondroz onurğanın, xüsusi ilə fəqərəarası disklərin prosesə cəlb olunması ilə başlayan distrofik-degenerativ (disklərin qidalanması və strukturunun pozulması) xəstəliyidir.

Fəqərəarası disk iki qonşu fəqərəni birləşdirən əsas element olub aktiv amortizator rolu oynayır. Disqin kənarları sərt parçaya bənzəyən fibroz həlqədən, ortası kauçuk kimi elastic pulpoz nüvədən ibarətdir. Gərginlik zamanı pulpoz maddə fəqərə cisimlərindəki qanı özünə hopdurarak sıxılmış top və ya yay kimi işləyir, üzərinə düşən zərbələrin təsirini yumşaldır.

Oosteoxondrozun səbəbləri:1.18-25 yaşlarında böyümə başa çattığından diskə gələn damar bağlanır, deməli qidalanma çətinləşdiyindən xəstələnmə asanlaşır. 2.Baş, bədən və qollar kimi geniş amplitudlu hissə, son bel fəqərələri ilə dar bir sahədə çanağa oturur. Ona görə də, hər hansı hərəkət və iş zamanı ən çox güc belə düşür. 3.Onurğanın anadan gəlmə qüsurları. 4.İrsi meyillik. 5.Travma, tez tez soyuqlamalar, 6.Revmatizma, brusellyoz kimi xəstəliklər. 7.Köklük, bəzi endokrin xəstəliklər. 8.Hipokineziya (az hərəkətlilik). 9.Yanlış hərəkətlərlə onurğanı gücə salmaq. 10.Hamiləlik. 11.İdmanı buraxmaq.

Bu səbəblərin biri və ya bir neçəsinin birgə təsirindən disk öz elastikliyini itirir, sərtləşir, qalınlığı azalır. Fəqərələr bir birinə yaxınlaşır, arxa oynaqlara düşən güc artır, beldə ağrılar başlayır.

Xəstələrin əksəriyyətində uyğun olmayan vəziyyətdə ağırlıq qaldıranda bel ağrıları əmələ gəlir. Onlar çox zaman ya “belini çəkdirər”, ya mütəxəssisin məsləhəti olmadan ağrı kəsicilər qəbul edir. Bu cür hallar təkrarlanır (bəzən illər uzunu) və nəticədə fibroz həlqənin yırtılması, pulpoz maddənin bayıra çıxması ilə beldə disk yırtığı əmələ gəlir. Yırtıq onurğa beynini və ya onu qidalandıran damarı sıxarsa qıçlarda ağır iflic və çanaq üzvlərinin funksiya pozğunlukları, siniri sıxarsa qıçlarda ağrı, keylik, əzələ zəifliyi (atrofiya) inkişaf edir. Əslində ağrı və sonradan prosesə qoşulan əzələ spazmı (beldə müxtılif tərəflərə əyilmə olur) orqanizmin bioloji özünü qoruma mexanizmi olub sinir, damar və beynin daha çox zədələnməsinin qarşısını almaq üçündür. Yəni, onlar bizə bir növ dostdur və gələcək ağır fəsadların xəbərçisidir. Ağrı kəsici və əzələ spazmını götürən dərmanlarıı qəbul edib, xəstəliyə səbəb olan amillərin (disqə düşən ağırlığın) təsirini azaltmadıqda fəsadların əmələ gəlməsinə şərait yaradılır. Fikirimizcə, son zamanlar bel yırtığı ilə əməliyyat olanların sayının artmasının əsas səbəblərindən biri də budur.

Ostexondrozun yırtıq və sonrakı ağılaşmalarında “bel çekenlerin” (“sınıqçıların”) da rolu var. Müasir tibb bel də yırtığın yerini, formasını, hansı törəməni sıxdığını təyin edir, bundan sonra uyğun taktika seçir. Bunları kənara qoyub, kor koranə, ən başlıcası heç bir məsuliyyət daşımadan insan sağlıği ilə oynamaq ən azından doğru deyil. Əslində “sınıqçılar” (“çıxıqçılar” yaxud “bel çekenler”) arasında doğrudan da bel çəkmə ilə əlaqəli müəyyən qabiliyyəti və təcrübəsi olanlar var. Qədimdən bu günə qədər bütün xalqlarda “bel çəkmə” (müasir elmdə isə manual terapiya) ilə məşğul olanlar var. Məsələn, ABŞ-da onlar “osteopat”, İnqiltərədə “şiropraktor” adlanır. Ancaq, onlar xüsusi məktəblərdə hazırlanır, diplom alır və mibb müəssisələrində, lazım gəldikdə həkim nəzarəti altında işləyir, dövlətə vergi ödəyirlər. Bizdə də bu məsələ bir qanun çərçivəsinə salınmalıdır.

Biz burada ostexondrozun ətraflı müalicəsini deyil, müalicənin əsas prinsiplərnii göstərəcəyik, çünki düzgün müalicə fərdilik, yəni konkret hər xəstəyə uyğun taktika tələb edir. Osteoxondrozun sinir fəsadlarının kəskin dövründə ortası batmayan yataqda bir neçə gündən bir neçə həftəyə qədər yatılmalıdır. Xəstə sərt yerdə arxası üstə uzanır, qıçlarını dizdən və bud çanaq oynağından bükərək baldırlarının altına budun uzunluğu qədər hündürlükdə bir qutu (ya da mətbəx stolu) yerləşdirir, çanağını qutuya nisbətən hərəkət etdirərək yerini rahatlayır, yəni ağrısız pozisiyanı tapır. Yorulanda yanı üstə dönüb qıçlarını bükərək onun üçün daha rahat olan vəziyyətdə yata bilər. Üzüstü yatmamalıdır. Xəstənin temperamentinə və xəstəliyin xarakterinə görə yerli isti ya da soyuq, mazlar, müxtəlif iltihab əleyhinə, ağrı kəsici və əzələ spazmını azaldan dərmanlar istifadə edilir. Xəstənin mümkün olduğu qədər erkən aktivləşməsi vacibdir: kəskin vəziyyət keçincə yatdığı vəziyyətdə müxtəlif hərəkətlər və xüsusi eqzersizlər (mualicəvi bədən tərbiyəsi) edilməlidir. Ayağa durarkən ən azı 1-2 həftə yuxarıda izah etdiyimiz səbəblərdən halterçi (ştankçı) kəməri kimi xüsusi korset (bunu hətta qalın kartondan da hazırlamaq olar) bağlamaq çox vacibdir. Korset fərdi olmalı, yanlardan döş qəfəsinin ən alt dayanaqlı hissəsi ilə qalça darağını birləşdirərək bel fəqərələrinə düşən ağırlığı paylaşdırmalıdır.

Hamilələrdə bel ağrısı zamanı daha diqqətli davranmalı, xüsusən birinci 3 aylıqda dərmanlar çox məhdudlaşdırılmalıdır.

Cərrahi müalicə ən son çarə olmalıdır. Nüfuzlu beynəlxalq institutların rəyinə görə, onurğa beyninin və onun davamı olan at quyruğunun sıxılması (sidik və nəcis ifrazının pozulması, iflic kimi ağır əlamətlər əmələ gələndə), 3 il müddətinə doğru konservativ müalicəyə tabe olmayan böyük yırtıqlar cərrahi əməliyyata göstərişdir. Unudulmamalıdır ki, əməliyyatdan sonra digər fəqərəarası disklərin yırtılması təhlükəsi daha çoxdur.

Millət olaraq çox zaman insanlara öləndən sonra qiymət verdiyimiz kimi, sağlığımızın da qədrini itirəndə bilirik, onda isə artıq gec olur. Xəstəliyin qarşısını almaq, onun müalicəsindən çox asandır həm də ucuzdur. Xüsuilə bir neçə dəfə beli ağrıyanlar heç unutmamalıdırlar ki, çatlayan qab tekrar zərbə alarsa tez sınar. Yuxarıda da göstərdiyimiz kimi osteoxondroz və bel yırtıqlarının səbəblərindən köklük, hipokineziya, onurğanı düzgün istifadə etməmək daha çox özümüzdən asılı olanlardır, onları aradan qaldırmağa çalışmaq çox vacibdir. Hipokineziya və köklük əzələ zəifliyi ilə nəticələnir. Normal yaşam üçün temperatur, təzyiq kimi əzələ kütlesinin də yağ toxumasına nisbəti sabit olmalıdır.

Yəni normada əzələ çəkisi bədənin 40 %-ni təşkil etməlidir. Uşağının istiliyi 1-2 dərəcə qalxanda həddən çox narahat olan, təlaş içərisində penicillin vurduranlar, həmin uşağın kök olması ilə fəxr edərlər. Bu çox yalnışdır. Belə ki, temperaturanın yüksəlməsi orqanizmin qoruyucu reaksiyasıdır və orqanizm xəstəliklə mübarizə aparır deməkdir. Penisillinin həmin vəziyyətdə adekvat təsir edəcəyi ehtimalı çox aşağıdır. Köklük isə bir çox xəstəliyin, o cümlədən bel ağrılarının özümüzdən asılı olan səbəbidir. Gündəlik eqzersizlə məşğul olmaqla hər bir adam, xüsusi ilə də yuxarıda qeyd etdiyimiz səbəblərdən belində zəifliyi olanlar bel ağrılarının əvvəlcədən qarşısını ala bilərlər. Bel ağrısından qorunmanın bir yolu da onurğanı düzgün istifadə etməyi alışqanlıq halına gətirincəyədək öyrənilməsi və xüsusən uşaqlara aşılanmasıdır. Türkiyədə bel ağrısından əziyyət çəkənlərə və uşaqlara bu prosesi mənimsətmək üçün “Bel okulu” (link) deyə xüsusi kurslar keçilir. Bu zaman düzgün oturmaq, yerimək, ağırlıq qaldırmaq və s. öyrədilir.

15 yorum:

Unknown dedi ki...

Salam Hekim.Men Zakatalada yasayiram.
Boynumun kokunde Fəqərə Sütunu üzərində Yumru Bərk ŞiŞ əmələ Gəlibdir . Necə Müalicə edə bilərəm?
Xahiş Edirəm Sualima Cavab Yazasiniz . Deyirlerki Bu Osteoxondurozdur .

Unknown dedi ki...

Salam Hekim.Men Zakatalada yasayiram.
Boynumun kokunde Fəqərə Sütunu üzərində Yumru Bərk ŞiŞ əmələ Gəlibdir . Necə Müalicə edə bilərəm?
Xahiş Edirəm Sualima Cavab Yazasiniz . Deyirlerki Bu Osteoxondurozdur .

Unknown dedi ki...

Salam Hekim.Men Zakatalada yasayiram.
Boynumun kokunde Fəqərə Sütunu üzərində Yumru Bərk ŞiŞ əmələ Gəlibdir . Necə Müalicə edə bilərəm?
Xahiş Edirəm Sualima Cavab Yazasiniz . Deyirlerki Bu Osteoxondurozdur .

Dr. Ali Ekber dedi ki...
Bu yorum yazar tarafından silindi.
Dr. Ali Ekber dedi ki...

Ə.Salam, Nihad! Yazdığınız bilgilərlə diaqnoz qoymaq olmaz. Osteoxondroz ilə məşğul olan bir nevropatoloqa müraciət edin. Mümkün olsa, Sizi boynunuzu MRT müayinəsinə göndərsin. MRT raporunu və narahat edən əlamətləri ətraflı yazıb mənə göndərə bilsəniz, Sizə məsləhət verməyə çalışaram. Tezliklə sağalmanızı arzu edirəm! Hörmətlə, Dr. Ələkbər Zeynili.

Unknown dedi ki...

salam doktor osteoxondrozun derman mualicesinde ne istifade edirsiz


Unknown dedi ki...

salam doktor osteoxondrozun derman mualicesinde ne istifade edirsiz


Unknown dedi ki...


Salam Dr.Elekber Zeynili sizden melumat almag isderdim.Canaga geden damarlarin qurumasinin mualicesi ucun hekim ostioxondrin dermani meslehet gorub lakin tapmag mumkun deyil.hardan elde etmek olar siz bilmirsiz?xaiw edirik komeklik ederdiz


Unknown dedi ki...


Salam Dr.Elekber Zeynili sizden melumat almag isderdim.Canaga geden damarlarin qurumasinin mualicesi ucun hekim ostioxondrin dermani meslehet gorub lakin tapmag mumkun deyil.hardan elde etmek olar siz bilmirsiz?xaiw edirik komeklik ederdiz


Unknown dedi ki...


Salam Dr.Elekber Zeynili sizden melumat almag isderdim.Canaga geden damarlarin qurumasinin mualicesi ucun hekim ostioxondrin dermani meslehet gorub lakin tapmag mumkun deyil.hardan elde etmek olar siz bilmirsiz?xaiw edirik komeklik ederdiz


Unknown dedi ki...


Salam Dr.Elekber Zeynili sizden melumat almag isderdim.Canaga geden damarlarin qurumasinin mualicesi ucun hekim ostioxondrin dermani meslehet gorub lakin tapmag mumkun deyil.hardan elde etmek olar siz bilmirsiz?xaiw edirik komeklik ederdiz


Unknown dedi ki...


Salam Dr.Elekber Zeynili sizden melumat almag isderdim.Canaga geden damarlarin qurumasinin mualicesi ucun hekim ostioxondrin dermani meslehet gorub lakin tapmag mumkun deyil.hardan elde etmek olar siz bilmirsiz?xaiw edirik komeklik ederdiz


Unknown dedi ki...

salam Dr.Elekber menim sizden 1 xahiwim var menim qizimin 13 yawi var en agir epilepsiyadi az da olsa epilepsiyanin mualicesi var? yataq veziyyetdedi yemeyin icmeyin men ozum verirem her ayda 5 gun erzinde tutmasi olur qic olmasi oda usaga cox eziyyet verir, xahiw edirem bu haqda zehmet olmasa meni melumatlandirardiniz.

Unknown dedi ki...

salam Dr.Elekber menim sizden 1 xahiwim var menim qizimin 13 yawi var en agir epilepsiyadi az da olsa epilepsiyanin mualicesi var? yataq veziyyetdedi yemeyin icmeyin men ozum verirem her ayda 5 gun erzinde tutmasi olur qic olmasi oda usaga cox eziyyet verir, xahiw edirem bu haqda zehmet olmasa meni melumatlandirardiniz.

Dr. Ali Ekber dedi ki...

Ə.Salam, M - M-va!
Bu adresdə-http://www.zeynisoy.com/az/epilepsiya-populyar, Sizi məlumatlandırmağa çalışmışam. Oxuyun aydın olmayanları soruşun.
Hörmətlə, Dr. Ələkbər ZEYNİSOY, “AZE klinik’’ Adres: Belek Çamlık Mah.Mehmet Akif Ersoy Cad. No: 3/A, Serik/ANTALYA. Tel.: + (90) 242 715 1547, GSM: + (90) 554 692 4397, E-mail: azeklinik@zeynisoy.com/, drzeynili@gmail.com, Skype - drzeynili,
Web: http://zeynisoy.com/