Osteoxondroz

Bel osteoxondrozu (“duzlaşma”)

Həyatında nə zamansa beli ağrımayan demək olar ki, yoxdur. Tibbi araşdırmalar müəyyənləşdirmişdir ki, insanların 60-90%-i bel ağrısından əziyyət çəkir. 80 % əhalisi sığortalanan ABŞ-da 1990-cı ildə bel ağrıları ilə xəstələnənlərə 23 milyard $ xərclənmişdir və bu xərc ildən ilə artır. İsveçdə əhalinin sığortadan yararlanaması 100 % olduğundan orada bu xərcin nisbəti daha yüksəkdir. Göründüyü kimi bel ağrıları sosial və tibbi problem kimi hər yerdə və həmişə aktualdır. Bizim də təcrübəmizdə bel agriları ən cox rast gəlinən sikayətlərdəndir. Bel ağrısı toxumaların iltihabı və travmatik zədələnmələrində, daxili orqanların (böyrək, uşaqlıq) xəstəliklərində, s pondiloistez (fəqərənin sürüşməsi), osteoparoz (“sümük əriməsi”, sümüyün incəlməsi) zamanı, hətta psixogen ola bilər. Ancaq, daha geniş yayılan və son zamanlar daha tez tez rastlanan səbəb bel osteoxondrozudur (xalq arasında «duzlaşma» deyilir). Osteoxondroz onurğanın, xüsusi ilə fəqərəarası disklərin prosesə cəlb olunması ilə başlayan distrofik-degenerativ (disklərin qidalanması və strukturunun pozulması) xəstəliyidir.

Fəqərəarası disk iki qonşu fəqərəni birləşdirən əsas element olub aktiv amortizator rolu oynayır. Disqin kənarları sərt parçaya bənzəyən fibroz həlqədən, ortası kauçuk kimi elastic pulpoz nüvədən ibarətdir. Gərginlik zamanı pulpoz maddə fəqərə cisimlərindəki qanı özünə hopdurarak sıxılmış top və ya yay kimi işləyir, üzərinə düşən zərbələrin təsirini yumşaldır.

Oosteoxondrozun səbəbləri:1.18-25 yaşlarında böyümə başa çattığından diskə gələn damar bağlanır, deməli qidalanma çətinləşdiyindən xəstələnmə asanlaşır. 2.Baş, bədən və qollar kimi geniş amplitudlu hissə, son bel fəqərələri ilə dar bir sahədə çanağa oturur. Ona görə də, hər hansı hərəkət və iş zamanı ən çox güc belə düşür. 3.Onurğanın anadan gəlmə qüsurları. 4.İrsi meyillik. 5.Travma, tez tez soyuqlamalar, 6.Revmatizma, brusellyoz kimi xəstəliklər. 7.Köklük, bəzi endokrin xəstəliklər. 8.Hipokineziya (az hərəkətlilik). 9.Yanlış hərəkətlərlə onurğanı gücə salmaq. 10.Hamiləlik. 11.İdmanı buraxmaq.

Bu səbəblərin biri və ya bir neçəsinin birgə təsirindən disk öz elastikliyini itirir, sərtləşir, qalınlığı azalır. Fəqərələr bir birinə yaxınlaşır, arxa oynaqlara düşən güc artır, beldə ağrılar başlayır.

Xəstələrin əksəriyyətində uyğun olmayan vəziyyətdə ağırlıq qaldıranda bel ağrıları əmələ gəlir. Onlar çox zaman ya “belini çəkdirər”, ya mütəxəssisin məsləhəti olmadan ağrı kəsicilər qəbul edir. Bu cür hallar təkrarlanır (bəzən illər uzunu) və nəticədə fibroz həlqənin yırtılması, pulpoz maddənin bayıra çıxması ilə beldə disk yırtığı əmələ gəlir. Yırtıq onurğa beynini və ya onu qidalandıran damarı sıxarsa qıçlarda ağır iflic və çanaq üzvlərinin funksiya pozğunlukları, siniri sıxarsa qıçlarda ağrı, keylik, əzələ zəifliyi (atrofiya) inkişaf edir. Əslində ağrı və sonradan prosesə qoşulan əzələ spazmı (beldə müxtılif tərəflərə əyilmə olur) orqanizmin bioloji özünü qoruma mexanizmi olub sinir, damar və beynin daha çox zədələnməsinin qarşısını almaq üçündür. Yəni, onlar bizə bir növ dostdur və gələcək ağır fəsadların xəbərçisidir. Ağrı kəsici və əzələ spazmını götürən dərmanlarıı qəbul edib, xəstəliyə səbəb olan amillərin (disqə düşən ağırlığın) təsirini azaltmadıqda fəsadların əmələ gəlməsinə şərait yaradılır. Fikirimizcə, son zamanlar bel yırtığı ilə əməliyyat olanların sayının artmasının əsas səbəblərindən biri də budur.

Ostexondrozun yırtıq və sonrakı ağılaşmalarında “bel çekenlerin” (“sınıqçıların”) da rolu var. Müasir tibb bel də yırtığın yerini, formasını, hansı törəməni sıxdığını təyin edir, bundan sonra uyğun taktika seçir. Bunları kənara qoyub, kor koranə, ən başlıcası heç bir məsuliyyət daşımadan insan sağlıği ilə oynamaq ən azından doğru deyil. Əslində “sınıqçılar” (“çıxıqçılar” yaxud “bel çekenler”) arasında doğrudan da bel çəkmə ilə əlaqəli müəyyən qabiliyyəti və təcrübəsi olanlar var. Qədimdən bu günə qədər bütün xalqlarda “bel çəkmə” (müasir elmdə isə manual terapiya) ilə məşğul olanlar var. Məsələn, ABŞ-da onlar “osteopat”, İnqiltərədə “şiropraktor” adlanır. Ancaq, onlar xüsusi məktəblərdə hazırlanır, diplom alır və mibb müəssisələrində, lazım gəldikdə həkim nəzarəti altında işləyir, dövlətə vergi ödəyirlər. Bizdə də bu məsələ bir qanun çərçivəsinə salınmalıdır.

Biz burada ostexondrozun ətraflı müalicəsini deyil, müalicənin əsas prinsiplərnii göstərəcəyik, çünki düzgün müalicə fərdilik, yəni konkret hər xəstəyə uyğun taktika tələb edir. Osteoxondrozun sinir fəsadlarının kəskin dövründə ortası batmayan yataqda bir neçə gündən bir neçə həftəyə qədər yatılmalıdır. Xəstə sərt yerdə arxası üstə uzanır, qıçlarını dizdən və bud çanaq oynağından bükərək baldırlarının altına budun uzunluğu qədər hündürlükdə bir qutu (ya da mətbəx stolu) yerləşdirir, çanağını qutuya nisbətən hərəkət etdirərək yerini rahatlayır, yəni ağrısız pozisiyanı tapır. Yorulanda yanı üstə dönüb qıçlarını bükərək onun üçün daha rahat olan vəziyyətdə yata bilər. Üzüstü yatmamalıdır. Xəstənin temperamentinə və xəstəliyin xarakterinə görə yerli isti ya da soyuq, mazlar, müxtəlif iltihab əleyhinə, ağrı kəsici və əzələ spazmını azaldan dərmanlar istifadə edilir. Xəstənin mümkün olduğu qədər erkən aktivləşməsi vacibdir: kəskin vəziyyət keçincə yatdığı vəziyyətdə müxtəlif hərəkətlər və xüsusi eqzersizlər (mualicəvi bədən tərbiyəsi) edilməlidir. Ayağa durarkən ən azı 1-2 həftə yuxarıda izah etdiyimiz səbəblərdən halterçi (ştankçı) kəməri kimi xüsusi korset (bunu hətta qalın kartondan da hazırlamaq olar) bağlamaq çox vacibdir. Korset fərdi olmalı, yanlardan döş qəfəsinin ən alt dayanaqlı hissəsi ilə qalça darağını birləşdirərək bel fəqərələrinə düşən ağırlığı paylaşdırmalıdır.

Hamilələrdə bel ağrısı zamanı daha diqqətli davranmalı, xüsusən birinci 3 aylıqda dərmanlar çox məhdudlaşdırılmalıdır.

Cərrahi müalicə ən son çarə olmalıdır. Nüfuzlu beynəlxalq institutların rəyinə görə, onurğa beyninin və onun davamı olan at quyruğunun sıxılması (sidik və nəcis ifrazının pozulması, iflic kimi ağır əlamətlər əmələ gələndə), 3 il müddətinə doğru konservativ müalicəyə tabe olmayan böyük yırtıqlar cərrahi əməliyyata göstərişdir. Unudulmamalıdır ki, əməliyyatdan sonra digər fəqərəarası disklərin yırtılması təhlükəsi daha çoxdur.

Millət olaraq çox zaman insanlara öləndən sonra qiymət verdiyimiz kimi, sağlığımızın da qədrini itirəndə bilirik, onda isə artıq gec olur. Xəstəliyin qarşısını almaq, onun müalicəsindən çox asandır həm də ucuzdur. Xüsuilə bir neçə dəfə beli ağrıyanlar heç unutmamalıdırlar ki, çatlayan qab tekrar zərbə alarsa tez sınar. Yuxarıda da göstərdiyimiz kimi osteoxondroz və bel yırtıqlarının səbəblərindən köklük, hipokineziya, onurğanı düzgün istifadə etməmək daha çox özümüzdən asılı olanlardır, onları aradan qaldırmağa çalışmaq çox vacibdir. Hipokineziya və köklük əzələ zəifliyi ilə nəticələnir. Normal yaşam üçün temperatur, təzyiq kimi əzələ kütlesinin də yağ toxumasına nisbəti sabit olmalıdır.

Yəni normada əzələ çəkisi bədənin 40 %-ni təşkil etməlidir. Uşağının istiliyi 1-2 dərəcə qalxanda həddən çox narahat olan, təlaş içərisində penicillin vurduranlar, həmin uşağın kök olması ilə fəxr edərlər. Bu çox yalnışdır. Belə ki, temperaturanın yüksəlməsi orqanizmin qoruyucu reaksiyasıdır və orqanizm xəstəliklə mübarizə aparır deməkdir. Penisillinin həmin vəziyyətdə adekvat təsir edəcəyi ehtimalı çox aşağıdır. Köklük isə bir çox xəstəliyin, o cümlədən bel ağrılarının özümüzdən asılı olan səbəbidir. Gündəlik eqzersizlə məşğul olmaqla hər bir adam, xüsusi ilə də yuxarıda qeyd etdiyimiz səbəblərdən belində zəifliyi olanlar bel ağrılarının əvvəlcədən qarşısını ala bilərlər. Bel ağrısından qorunmanın bir yolu da onurğanı düzgün istifadə etməyi alışqanlıq halına gətirincəyədək öyrənilməsi və xüsusən uşaqlara aşılanmasıdır. Türkiyədə bel ağrısından əziyyət çəkənlərə və uşaqlara bu prosesi mənimsətmək üçün “Bel okulu” (link) deyə xüsusi kurslar keçilir. Bu zaman düzgün oturmaq, yerimək, ağırlıq qaldırmaq və s. öyrədilir.

Tetanus

Tetanus

1. Umumi qeydler: Tetanus (T.)-əsasən skelet əzələlərinin tonik gərilməsi və vaxtaşırı qeneralizə qıcolma tutmaları ilə xarakterizə çox ağır, həyat üçün təhlükəli infeksiyon xəstəlikdir. T.-nin törədici hər yerdə olduğundan, hər an xəstələnmə ehtimalı var. Xəstəlik müalicəyə tabe olur, yetər ki, vaxt itirilməsin, fəsadların qarşısı alınsın. Son zamanların təcrübəsi göstərir ki, nəinki bu qorxulu xəstəlik haqqında əhalinin bilgisi azdır, hətta tibb işçiləri onu zəif bilir, çox zaman səhlənkarlıq edirlər. Nəticədə, bəlkə də ən çox öyrənilən və demək olar ki, xəstəliklə mübarizə yolları bilinən bir xəstəlikdən xəstələr itirilir.

II. Yayılması: Xəstəliyin törədicisi B.Tetani insan və heyvan yaşayan hər yerdə (tropik və subtropik iqlimdə daha çox) var. Xəstəlik ən çox səhiyyə xidmətinin zəif olduğu ölkələrdə görülür. DST T. İlə mübarizəni 1 nömrəli məsələ kimi hədəfə almış və geniş immunizasiya proqramı hıyata keçirməkdədir. Topraqla qarışmış (xüsusən deşilmiş) yara və travmalarda daha sık rastlanır. Doğum zamanı təmizlik və sterillik gözlənmədikdə xüsusi ilə immunitet olmayan anaların uşaqlarında neonatal T. ə.g. bilər. Xəstəlik, torpakla təmasın arttığı yay aylarında daha sık gözlənməkdədir. ABŞ-da (immunizasiya və yaralara ciddi baxım nəticəsində) ildə 50-100, inkişaf etməkdə olan ölkələrdə (Africa, Asia) isə 300,000-500,000 xəstəlik halı qeydə alınır.

III.Tarixi: T.-nin b.e.ə. 2600-1800 illərdən (papiruslardan) məlum olduğu yazılır. Klinikasını Hipokrat (b.e.ə. IV-III əsr) təsvir etmiş və adını vermiş. Sonralar Qale, İbn-Sina, Amb.Pare və s. tib alimlərinin əsərlərində T.-dan bəhs edilmişdir. 1880-cı illərdə bakteriologiyanın inkişafı ilə əlaqədar T.-un mahiyyəti aydınlaşdırılmış, əsaslı kəşflər edilmişdir: rus cərrahı N.D. Monasrırskiy (1983) T.-dən ölənin yaralı baş barmağından axıntıda çöpvari baketriya tapmış;1984-də gənc alman alimi Nikolayer dovşan və siçana torpaq inyeksiya etmiş, ə.g. yarada mikrob tapmış; 1984-də italyan Calre və Rattone T.-dən ölənin yarasının irinindən dovşanlara yeridərək tipik qıcolmalar ə. g. müşahidə etmiş; 1987-də Kitasoto təmiz kultur almış; 1890-da Kitasoto və Behrinq siçan və atdan antitoksik zərdab alaraq müalicə üçün təklif etmişlər; 1923-26-da fransız Ramon Ts.-yə formalinlə təsir edərək anatoksin almışdır.

IV.Törədici - anaerob, spor əmələ gətirən qram+, 4-10 mkm x 0,3-0,8 mkm ölçüdə, ücü dairəvi çöpcük şəklində olan B.Tetani (Clostridium tetani, Monastırskiy-Nikolayer çöpləri) spor halında aerob (oksijenli) şəraitdə 1-10 il yaşaya bilir. Onlar, 0 dər. souyğa 2 saat, qaynamağa 30-50 dəq., 115 dər. quru qızdırmaya 20 dəq. davam gətirə bilirlər. İnsan və bir çox heyvanın bağırsağında oksijensiz mühitdə spor forması vegetativ formaya dönür, artıb çoxalır və toksin ə.g. Sporlar avtoklavda və ya gaz (etilen oksit) ile strerilizasya ilə məhv edilməlidir.

V. Patogenez: infeksiya mənbəyi sağlam insan və heyvanlar, keçirici torpaqdır ki, yaraya düşəndə xəstəlik ə.g. T.-yə müharibə dövrünün epidemiyası da deyirlər, dinc dövrdə əsasən qıçların yaralanmalarında ə.g. Hər cür yarada xüsusi ilə, 1cm'den dərin, düzensiz, içərisində yad cisimlər olan natəmiz ve nekrotik (başqa aerob bakteriyaların olması yarada oksijeni azaldır) yaralarda sporlar tezliklə vejetatif hala geçir və güclü ekzotoksin ə.g. Bu toksin ancaq botulotoksindən geri qalan çox güclü təsirə malikdir, onun 10 milyonda bir dozası yəni müasir metodlarla heç cür təyin edilə bilməyən konsentrasiyada insana təsir edə bilir. Ama, tez parçalanır, bağırsaq möhtəviyyatı tərəfindən neytrallaşdırılır və selikli qişalardan sorulmur. Toksinin 3 komponenti olduğu düşünülür. T.-nin klinik əlamətlərinin əsas səbəbi 150.000 dalton molekül ağırlığında peptid olan və əsasən nörotoksik təsir göstərən tetanospazmindir. O, sinirlər, qan və limfa ilə bədənə yayılır. Əsasən sinir-əzələ qovşağında diffüze olan toksin, alfa motor neyronların periferik uclarından, retrograd aksonal transportla mərkəzi SS-nə irəliləyir, postsinaptik dendritlərdən sinaptik aralığa geçir və presinaptik sinir uclarında toplanır. Xüsusilə retikulyar formasiya vasitəsi ilə motoneyronun tormozlanmasında aktiv olan GABA ve glisin ifrazınını blokada edərək interneyronun tormozlayıcı təsirini aradan qaldırır. Nəticədə, yuxarıların tormozlayıcı təsiri itir, yaranmış patoloji determinant strukturda hər cür qıcığa qarşı ağır əzələ qıcolması ə.g. Prosesin yayılaraq tənəffüs əzələlərini tutması nəticəsində asfiksiyaya və olüm baş verə bilər. Tetanospazmin vegetativ sinir istemini də zədələyir: simpatik SS-yə təsir edərək tərləmə, hiperaktivlik-hipertoniya, taxikardiya, aritmiya, səyrimə ə.g., tənəffüs və azan sinir mərkəzlərini zədələdiyindən ürək-tənəffüs fəaliyyətinin pozulması və ölümə səbəb olabilir. Nadirən isə bradikardi və hipotoniya kimi parasimpatik təsirləri görülməkdədir. Əzələlərdəki spazm hesabına metabolic asidoz yaranır, nəticədə tetaniya və ürək-damar pozğunluqları daha da artır. Tetanospazmin neyron içərisinə daxil olduqdan sonra onu antitoksinle neytrallaşdırmaq mümkün değildir və pozğunluq geri dönən deyil, sinir funksiyasının bərpası ya yeni terminalın ya da yeni sinapsın ə.g. ilə olur. İkinci toksin tetanolizin (tetanohemolizin) eritpositləri hemoliz edir, yerli nektoz ə.g., faqositləri dagıdır, bakteriyaları artırır. Torpağın yaraya düşməsi T.-a səbəb olur. Vegetativ formaları anaerob mühitdə toksin əmələ gətirirlər.

VI. Formaları: A. Klinik: olaraq Yerli (Lokal), Yayılmış (generalizə), Baş T. (bulbar- uzunsov beyin, kəllə-beyin sinirləri zədələnir), Neonatal (1aylıq uşaqlarda rastlanır), Oftalmoplegik (göz yaralanması nəticəsində və əsasən III cüt kəllə-beyin sinirinin parezi ə.g.; proses generalizə ola bilər), Roze T.-u, yüngül formadır, bir tərəfli üz sinirinin zədələnməsi ilə xarakterizə olur. Yoluxmasına görə: Travmatik (Yara T.), İltihabi, Puerperal-septik (doğum və abortdan sonra görülür), Kriptogen (yoluxma yeri tapılmayan), Cərrahi (çirklənmiş kətqut, bistüri kimi cərrahi materiayalın istifadəsindən sonra ə.g. T. ağız boşluğu zədələnmələrində də (dişlərin çıxarılması, kanal müalicəsi, selikli qişa zədələnməsi) rast gəlinmişdir. C. Ağırlığına görə: çox ağır, ağır, orta ağır, yüngül formalar.

VII.Klinika: İnkübasiya 1-50 (ortalama 3 ile 13, əsasən 7) gün. Yaranın mərkəzi sinir sisteminə yaxınlığı xəstəliyin gedişinə çox təsir etməz. Ancaq, çox çirklənmiş və nekroza uğramış yaralarda T. sporları sürətlə vegatativ hala geçərək çoxlu toksin ə.g. Nəticədə, inkübasiya dövrü qısa, prognoz pis olur. Generalize T., ən sıx görülən klasik formadır. Başlanğıçda hüzursuzluq, baş ağrısı olur. Xəstəliyin əsas əlaməti olan əzələ spazmları toksinə ən həssas oladuklarından çeynəmə və üzün mimiki əzələlərindən başlar: “məcburi gülüş” (risus sardonicus), çənə kilitləməsi (trismus). Sonra udlaq və boyun əzələlərinə yayılaraq udma çətinliyi və boyun rigidliyinə səbəb olur. Daha sonra bir neçə gün ərzində gövdə və ətrafların proksimal hissəsinin böyük əzələlərini tutur. Tənəffüs əzələlərinin spazmı nəticəsində obstruksiya, sianoz, hətta ölümlə sonlanan asfiksiya ə.g. bilər. Spazm nəticəsində sidik və nəcis qaçırma ola bilər. Vegetativ sinir sisteminin prosesə cəlb olması ilə çox tərləmə, taxikardiya, aritmiyalar, hipertoniya ola bilir. Ağır hallarda xəstə gövdənin arxa əzlələrinin yüksək tonusu hesabına arxaya doğru yay kimi əyilir (opistotonus), T. üçün tipik olan vaxtaşırı tonik qıcolma tutmaları onsuz da tetanik vəziyyətdə olan böyük əzələlərdə ağrılı spazmlar ə. g. Hətta kiçik qıcıqlar (səs, işıq v.s. kimi) belə xəstədə spazmı artırır. Çox yüksək gərilmə nəticəsində əzələdaxili qansızmalar, sümük sınıqları ə.g. bilər. Barmaqların əzələləri intakt qalır, bilinc dəyişikliyi olmaz. Xəstədə başlanğıcda temperatur olsa da, ağırlaşmalar (pnevmoniya, yara infeksiyası v.s.) olmasa, qızdırma xarakterik deyil. Lokal T., zədələnmə bölgəsi proksimalındakı əzələlərdə ağrılı spazmlar və rigidlik ə. g. Bəzən generalizə formaya dönəbilirsə də, əsasən bir neçə həftədə yaxşılaşir. Tanınması çox çətin olan bir klinik formadır. Sefalik T. ölüm faizi yüksək bir formadır. Çox zaman qulaq daxil baş yaralanmalarında, otitis media, burun yad cisimlerində 1-2 günlük inkübasyadan sonra ortaya çıxar. En sıx VII, olmaqla III, IV, V, IX, X, XI KBS-də spazmlar görülür. Müalicə lazımı səviyyədə olmazsa, simptomlar həftə sonuna ən şiddətli hal alabilir. Yaxşılaşma 2-6 həftəyə ola bilir: əvvəlcə ümumi əzələ tonusu, sonda isə trismus düzelir, taxikardiya 1-2 aya sağalır.

VIII. Ağırlaşmalar: Əsasən əzələlərdə spazmalara bağlıdır: 1. Aspirasya pnevmaniyası, 2. Atelektaz, 3. Ağ ciyər emboliyası, 4. Qabırqa sınıqları, 5. Kəskin bədə, 6. Qəbizlik, 7. Sidik tutulmasıvə ya sidik yolu infeksiyaları, 8. Yataq yaraları, 9. Əzələdaxili qan sızmalar, spontan əzələ yırtılmaları və rabdomyoliz,10. Abort, 11. Ani ürək və ya tənəffüc dayanması,12. Dehidratasia. 13. III, IV, VII sinirlərin paralic və kontrakturası, 14. Uşaqlarda sepsis, onurğa deformasiyası, 15. Nadirən residiv (və ya təkrar yoluxma) olur.

IX. Diaqnoz: Anamnez və klinik əlamətlərə əsasən qoyulur: travma həkayəsi, trismus, bilincin açık olması, spazmaların görülməsi, qızdırmanın olmaması. Yardımçı müayinə metodlarının xeyri yoxdur: yarada C. Tetani tapılması çox çətindir. Törədicinin əkilərək çoxaldılıb heyvan üzərində təcrübə qoymaqla diaqnoz dəsdəklənə bilər. BOM, xəstəlik haqqında bilgi verməz. Serumda toksin veya antitoksin səviyyəsinə baxılaraq immunitetin vəziyyəti və xəstəliyin ağılığı haqqında bilgi əldə edilə bilər. Erkən diaqnoz məqsədi ilə qaşıq testi aparılır: qaşıqla udlağın arxasına toxunanda xəstə qusma hərəkəti ilə birlikdə ağzından çıxarır, T.-də çeynəmə əzələsinin smazmı nəticəsində qaşığı dişləyir. Test 94-100% halda spesifikdir.

X.Diferensial diaqnoz: 1. Tetaniya-paratiroid hormon azlığında ə.g., həm də saya əzələləri tuturaraq bronxospazm, qarın ağrısı, qusmaya səbəb olur. Tetaniya əsasən isə periferik əzələlərdə (əl və ayaq) olur, Xvostek, Trusso, Lyusta (əsasən uşaqlarda) simptomları müsbət olur. Qan və sidikdə Ca azlığı olur. Tetaniya hipokalemik də ola bilər. 2. Kuduzda trismus olsa da daimi olmur, spazmalar daha çok klonik tərzdə və aralıklıdır, sabit yüksək tonus olmaz, hidro və aerofobiya var, bilinc pozğunluğu olur, anamnezdə it dişləməsi, pişik cırmaqlaması söylənir. 3. Histeriya, əzələlərdə tonus artmaz, emosional reaksiya və məqsədli hərəkətlər olur. 4. Epilepsiyada bilinc pozulması var, trizmus qısa müddətə və keçici (dilin dişlənməsi ilə) olur, tonik-klonik qıcolmalar, qeyri iradi sidik ifrazı, postiktal dövdə yuxulama və retroqrad amneziya, anamnezdə epilepsiya xarakterikdir. 5. Ensefalit, belirgin bilinç değişiklikleri, meninqial əlamətlər olur. KB, periferik sinirlər və hissiyatda pozulmaları, OBM-də dəyişikliklər xarakterikdir. 6. Meningit, başqa əzələlərdə (çeynəmə) rigidlik olmadan kəskin meninqial əlamətlər, bilinc pozulmzsı, qusma, KB sinirlərdə zədələnmə, OBM-də dəyişiklikləri xarakterikdir. 7. Peritonzillit və ağız udlaqda absesler (diş, parafarengeal, retrofarengeal) zamanı trizm olsa da başqa əzələlərdə gərilmə olmaz, yerli ağrı və şişlik, atəş, ağrılı udma xarakterikdir. Ağız və boğaz müayinəsi diaqnoza yardımçı olar. 8. Strixnin zəhərlənməsində qıcolma qıçlardan başlar, trizm və opistotonus sonra qoşular, tutma aralarında tonusu yüksək olmaz, bəbəklər geniş olar. 9. Kəllə əsası sınığında trizm və boyun əzələlərində rigidlik olsa da başqa əzələlərdə gərilmə olmaz, rentgendə sınıq tapılar. 10. Poliomiyelitdə spazm, rigidlik görülsə də, periferik iflic olur, trizm olmaz. 11. Alkoqol və narkotik maddə kəsilmə sindromları və fenotiazinə distonik raksiya da T.-nin ayrılmasında nəzərdən qaçmamalıdır. 12. Kəskin qarın da abdominal rijidite nedeniyle T. ilə qarışdırılır, hətta yanlış olaraq T. xəstəsi kəsikin qarın diaqnozu ilə cərrahi əməliyyata alındığı ədəbiyyatda qeyd olunub. 13. Neyromiozit və radikulitlərdə T.-də olduğu kimi patologiya yayqın olmur, seqmentlər prosesə cəlb olur.

XI.Mualicə: ardıcılllıqla aparılmalı: 1) Xəstəyə sakit, sessiz, isti, qaranlıq şərait yaradılmalıdır. Xəstənin yanında əlinin altında aspirator, oksigen balıncı təcili yardım üçün dərmanlar, traxeostomiya üçün set, respiratör olan ixtisaslaşmış bir tibb bacısı olmalıdır. 2) Damar yolu açıq tutulmalı, maye köçürülməlidir. 3) Sinir uçlarındaki toksinin yol açacağı spazmaları önləmək üçün həm xəstə sakitləşdirilməli, həm də əzələlərin spazmı aradan qaldırılmalıdır. Bunun üçün elə doza veriməlidir ki, xəstəni çağıranda ses versin, ama ətrafdakı səslər ona təsir etməsin. Bu məqsədlə yaxşı bir GABA agonisti olaraq təsir edən benzodiazepinler istifadə edillməlidir. Diazepam 1-2 mg/kg/gün 500 ml 5%-li dekstroz içinde xəstənin vəziyyətinə uyğun davamlı olaraq infüzya edilir. Diazepam yerinə və ya birlikdə klorpromazin verilə bilər (3-6x25 mg i.v) və ya Fenobarbital (4-6 saatte bir 50-100 mg). Bunlar da yetersiz olsa əzələ-sinir qovşaq blokartlarları (Vecuronium 6-8 mg/saat), miyoreleksantlardan Listenon (Ditilin), Diplasin (daha uzun-1-1, 5 saat) az dozada sistemlə qıcolmaya nəzarətlə istifadə olunur. Son tədqiqatlar nəticəsində əzələ relaksasiyası üçün intratekal baclofen tətbiq edilmiş və yaxşı nəticələr əldə edilmişdir. 4) Spesifik müalicə üçün antitoksik serum istifadə olunur. Antikorlar mərkəzi sinir sisteminə keçə bilmədiyi üçün qanda dolaşan toksini mümkün olduğu qədər tez yəni sinir toxumasına keçməmiş neytrallaşdırılmaq lazımdır. İki tip antiserum istifadə olunur: birincisi, homolog serum, immuniteti olan donorlardan alınan qandan hazırlanmış T. hiperimmünglobulinidir (T. İmmün Globulini-TİG); 1 ml-də 3.000 BV olur, bir dəfəlik olmaqla 3 ml (9000 BV) ə.d. vurulur. İkincisi, dana və ya atlardan hazırlanan heterolog immünglobulindir. Xüsusən, ABŞ və Avropada allerjik reaksiyalar, serum xəstəliyi tez tez rast gəlindiyindən və yanaşı təsirləri çox olduğundan istifadəsi məsləhət görülmür. Ancaq Rusiyada və bizdə istifadə olunur. Müalicə məqsədi ilə 15.000 ile 50.000 BV, rus müəllifləri 100-200 min BV dozasında təlimatına uyğun mütləq dəri içi sınaqdan sonra əzələ daxilinə bir dəfəlik olmaqla yeridilir. Hər iki serumun qoruyuculuğu eynidir və təsiri təxminən 3 həftə davam edir. 5) Yara mütləq cərrahi işlənməlidir, hətta yara ayzı bağlanmışsa belə. Çünki, işlənməmiş yaraların içərisində qalmış kiçik pas və torpaq qırıntıları ola bilir və mikrob mənbəyi kimi zaman zaman toksin ə.g. səbəb olur. Yara geniş açılmalı, yad cisim və ölü toxumalar təmizlənməli, hidrojen peroksitlə yaxşıca yuyulduqdan sonra steril ve antiseptikli bintlə hava alacaq şəkildə örtülmelidid. Çalışmaq lazımdır ki, sarğı yaraya yapışmasın və tez tez dəyişdirilsin, axıntının sərbəst axsın. Yaranın işlənməsi antitoksin müalicəsindən sonar olmalı ki, əlavə toksin qana keçməsi vəziyyəti ağırlaşdıra bilər. 6) Yaradakı vejetatif haldeki T. mikroblarını məhv etmək üçün 20-24 milyon/gün olmaqla 6 dəfəyə verilir. Metronidazol da məsləhət görülür, 2 g/gün, 4 dəfəyə. 3) Lazım gəlsə xəstə intubasiya hətta traxeostomiya edilərək tənəffüs yolu açık tutulmalıdır. Spazmalar azaldıkdan sonra tez tez aspirasiya edib aspirasyon pnevmaniyası ve diger ağciyər fəsadları önlənməlidir. 7) Ürək damar fəaliyyətinə, arterial qan təzyiqinə, qanda eloktrolit balansına nəzarət edilməlidir. 8) Xəstələrə peyvənd edilməlidir.

XII.Proqnoz: ölüm faizi 5-50 arasında dəyişir, yenidoğulanlar arasında 60 % -ə qədər arta bilər. İnkubassiya dövrünün 7 gündən qısa , yayılmış forma və ürək zədələnməsi əlamətlərinin və xəstənin yaşlı olması, xəstənin spesifik müalicəsinin 2 gün yubadılması, ateşin > 40 C-ə qalxması və digər əlamətlərin ağırlaşması, əməliyyat, abort və doğum zamanı yoluxma proqnozu ağırlaşdırır.

XIII.Profilaktika: T.-da toksin çox az konsentrasiyada olduğu üçün ona qarşı immunitet ə. gəlmir ona görə xəstələrə peyvənd edilməlidir. T.-dən qorunmanın ən yaxşı yolu peyvənddir. Türkiyədə uşağın II aydan başlamaqla 4-6 həftə arayla 3 doza ve son dozadan 1 yıl sonra, ilk ve orta məktəbə başlayanda, daha sonra da 5-10 ildə bir revaksinasiya aparılır. ABŞ-da I-2, II-4, III-6 və VI-15 yaxud 18 ayında aparılır peyvənd, sonra isə yaralanma və risk quruplarında 5, qalan hallarda 10 ildən bir revaksinasiya aparılır. Rusiyada анатоксин 0,5 мл hər 3-5 gündə bir 3 dəfə olmaqla əz. dax. vurulur. Peyvənd edilənlərdə ilk dəfə reaksiya olarsa dayandırmaq lazımdır, çünki, hətta ölümlə sonlanan anafylaksiya, Guillain-Barre sindromu ə.g. bilər. Peyvənd zamanı yeridilən anatoksinə qarşı xəstənin özündə antikorlar yaranır ki, gələcəkdə onu qoruyacaq. T. əleyhinə anatoksin 1 (ya 0,5) ml, kürəkaltı nahiyəyə inyeksiya edilir. Sonra 6-12 ay, daha sonra isə 5-10 ildə bir revaksinasiya aparılmalıdır. Qəzalar zamanı və bütün kirli, tozlu, geniş və açıq yaralar təcili olaraq təmizlənməli, hidrogen peroksidlə yuyulmalı, yara axıntısının çıxmasına şərait yaradılmalı, antibiyotik verilməlidir. Yaralının immunitet vəziyyəti (peyvənd olub olmaması) aydınlaşdırılaraq cədvələ uyğun hərəkət edilməlidir:

Peyvənd anamnezi Təmiz yaralar Tetanogen yaralar*
Peyvənd il sayı Son peyvənd Peyvənd TİG Peyvənd TİG
Bilinmir Bilinmir və ya <3>10 il (+) (-) (+) (+)
>=3 >10 yıl (+) (-) (+) (-)1
>=3 5-10 yıl (-) (-) (+) (-)
>=3 <5> (-) (-) (-) (-)

* Yaralanmadan 6 saatdan çox vaxt keçmiş, 1 cm-dən dərin, düzensiz, nekrotik toxuma və yad cisim olan yaralar. 1 Yaralanmadan 24 saat keçmişsə TİG-də vurulmalıdır.

Ümumiyyətlə insanların 50 yaşdan yuxarı 50% -i immun deyil. ABŞ-da insanların 6-39 yaşda olanların 80 %, 70 yaşdan yuxarı olanların 28% immundur. Yaralıya peyvənd olmayıb və ya olub olmaması bilinmirsə, peyvəndlə yanaşı homolog 250-500 BV və ya heterolog 3000-5000 BV TİG vurulmalıdır. Hamilələrə hamiləlikdən əvvəl, şübhəli hallarda isə VI və VII ayda 2 doz halında peyvənd edilməlidir. XIV.Müşahidə: Yazınınn yazılmasından əvvəlki 4 ay ərzindəki baş vermiş iki hadisə haqqında qısaca qeyd etmək istəyirəm:1.Nax. şəhər Xətai məhəlləsindən olan yaşlı qadını evlərində müayinə edərkən T. olduğunu müəyyən etdim. Xəstənin son dərəcə ağır olduğunu və təcili tədbirlərə ehtiyac olduğunu dedim. Ancaq, müxtəlif səbəblərdən xəstəyə spesifik müalicə gecikdirildi, nəticədə xəstə itirildi (xəstənin həkimi əvvəl Qasım həkim, sonra Qurban həkim olmuş). 2. Şahbuz royon Kolanı kənd sakini Səfərova Vəzifə adlı gənc qadın bir həftə əvvəl ayağına batmış, telefon məsləhətləşməsindən sonra Naxçıvan şəhərinə gətirilmiş, ilkin müayinədən sonra T. diaqnozu qoyulmuş, nazir və Resp. Xəstəxanasının baş həkiminin də müdaxiləsi ilə intensiv spesifik müalicə alaraq sağalmışdır. Yaxşı olar ki, əvvəldən bu cür hallara qarşı hazırlıq görülsün.